Bakı–Quba yolunda avtomobil aşıb, üç yaşlı uşaq ölüb

Bakı–Quba yolunda avtomobil aşıb, üç yaşlı uşaq ölüb
Hadisə 556

2025-ci il iyunun 14-də saat 15:30 radələrində Bakı–Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Xəlilov Teyyub Məmməd oğlunun idarə etdiyi "Hyundai SantaFe" markalı, 10-TK-527 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət olub. Qəza nəticəsində avtomobildə olan azyaşlı sərnişin – sürücünün oğlu, 2022-ci il təvəllüdlü X.F. hadisə yerində həyatını itirib.

Digər sərnişinlər – 1962-ci il təvəllüdlü Abdullayeva Sevinc və 1988-ci il təvəllüdlü Abdullayeva Şəbnəm müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Oxşar xəbərlər

Bakıda avtomobil skuter sürən azyaşlı qızı vurub öldürüb

Bakıda avtomobil skuter sürən azyaşlı qızı vurub öldürüb

Bu gün 19:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, D.Əliyeva İlə R .Behbudov küçəsi kəsişməsi ərazisindən yol-nə...

1152 Hadisə 22:57 30 iyul 2025

Son xəbərlər