Bakı-Qazax yolunda yük maşını aşıb - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən saat 16 radələrində Bakı-Qazax avtomobil yolunun 243-cü kilometrində Heydər Mirzəyevin idarə etdiyi yük avtomobili əvvəlcə yol çiynində quraşdırılmış dəmir səddə çırpılıb və sonradan yoldan çıxaraq aşıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi, xüsusilə yük və sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları iş və istirahət rejiminə əməl etməyə, səhhətində problem olduğu, yaxud yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə çağırır.
Unutmayaq, yolda məsuliyyət təkcə özümüzün deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün vacib şərtdir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...