Goranboyda Türkiyə vətəndaşınını idarə etdiyi TIR obyektə çırpıldı - TƏFƏRRÜAT

Goranboyda Türkiyə vətəndaşınını idarə etdiyi TIR obyektə çırpıldı - TƏFƏRRÜAT
Hadisə 114

Goranboyda yük maşınının mağazaya çırpılmasının təfərrüatı məlum olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşı, 2002-ci il təvəllüdlü Ş.T. "Mercedes-Benz" markalı yük maşını ilə Bakı-Qazax yolunda Gəncə istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib.

O, dəmir arakəsməni qıraraq yolun əks istiqamətinə keçib və yol kənarında dayanmış VAZ-2104 markalı, sahibi məlum olmayan avtomobili vurub. Daha sonra Goranboy şəhər sakini, 1965-ci il təvəllüdlü T.Xəlilova məxsus obyektə çırpılıb.

Hadisə zamanı mağazada xəsarət alan olmayıb. Yalnız yük maşınının sürücüsü xəsarət alıb. Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, sentyabrın 7-də saat 17:10-da Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1 nəfər (kişi cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona belin küt travması diaqnozu təyin olunub.

Hazırda müalicəsi Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti kafi olaraq qiymətləndirilir.

***17:36

Goranboyda yük avtomobili obyektə çırpılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.

Yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı obyektə çırpılıb. Nəticədə nəqliyyat vasitəsinin sürcüsü, Türkiyə Cümhuriyyətinin vətəndaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər