Bakı-Qazax yolunda dizel daşıyan yük maşını AŞIB YANDI - ANBAAN VİDEO
Bakı–Qazax yolunda qəza olub.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, bu gün saat 05:50 radələrində Bakı–Qazax avtomobil yolunun 248-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, İsmayıl İsmayılovun idarə etdiyi "Mercedes" markalı, 77-DU-358 dövlət qeydiyyat nişanlı yük avtomobili idarəetməni itirərək yoldan çıxıb və aşıb. Hadisə yerinə dərhal Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində dizel yanacağı daşıyan nəqliyyat vasitəsinin yanmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək xatırladır ki, xüsusilə iri tonnajlı və yanacaq daşıyan nəqliyyat vasitələrinin idarə olunması zamanı yüksək diqqət, məsuliyyət və ehtiyatlılıq vacibdir: "Belə nəqliyyat vasitələrinin texniki sazlığının yoxlanılması, sürət həddinə və məsafə intervalına əməl edilməsi, eləcə də yorğun və yuxusuz halda sükan arxasına əyləşməmək həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir".
Oxşar xəbərlər
Bakıda çoxmənzilli binadakı yanğın söndürülüb
Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmənzilli binadakı yanğın söndürülüb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məl...