Bakı-Qazax yolunda "BakuBus"la yük maşını toqquşdu - Ölən var
"04.01.2025-ci il tarixində saat 10:40 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, dərhal hadisə yerinə briqada cəlb olunub.
Xəsarət alan 2 nəfər müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunur.
1 nəfərə isə stresə qarşı reaksiya diaqnozu ilə yerində yardım olunub.
***12:44
Qəza bu gün saat 10:30-da Bakı-Qazax magistral yolunun 24-cü kilometrliyində baş verib.
Bunu BAKU.WS-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis baş leytenantı Elvin Hacıyev bildirib.
"Yol kənarında dayanmış Tacikistan dövlətinə məxsus 77-FF-02 nömrə nişanlı "Volvo" markalı TIR hərəkətə başlayarkən 99-JZ-185 dövlət nömrə nişanlı "BakuBus" avtobusu ona çırpılıb.
Nəticədə, "BakuBus" avtobusundakı bir sərnişin həlak olub, iki nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə E. Hacıyev vurğulayıb.
***12:40
Bu gün səhər saatlarında Bakı-Ələt yolunda Sahil qəsəbəsini "Sahil" metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə qəza baş verib.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq BakuBus"un mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.
***11:50
Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə məlumat BAKU.WS-ə daxil olub.
Bildirilib ki, hadisə zamanı "BakuBus"a aid sərnişin avtobusu avtomobil daşıyan treylerə çırpılıb.
İlkin məlumata görə avtobusda sərnişinlər olub, hadisə nəticəsində ölən və xəsarət alanlar var.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Banu Hüseynli
Oxşar xəbərlər
149 saylı avtobusun sürücüsü sərnişini təhqir etdiyi üçün işdən azad edildi
"BakuBus" MMC 149 saylı marşurut xəttində yaşananlara reaksiya verib. Bu barədə BAKU.WS-ə danışan qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Əsmər Əliyeva...