Bakı-Qazax yolunda avtomobil qəzası olub, 4 nəfər xəsarət alıb

Bakı-Qazax yolunda avtomobil qəzası olub, 4 nəfər xəsarət alıb
Foto
Hadisə 55

Kürdəmir rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, qəza zamanı xəsarət alanlar bir ailənin üzvləri olan Bakı və Sumqayıt sakinləri - 1946-cı il təvəllüdlü Qaraşova Məxmər Xalıqverdi qızı, 1979-cu il təvəllüdlü Qaraşov Maxsud Savalan oğlu, 1990-cı il təvəllüdlü Qaraşova Aytac Elxan qızı və 2010-cu il təvəllüdlü Qaraşov Yusif Maxsud oğludur.

*** 09:33

Bakı-Qazax magistral yolunda baş verən avtomobil qəzasında 4 nəfər xəsarət alıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, minik maşınının sürücüsü həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yol kənarındaki beton dirəyə çırpılıb.

Qəza zamanı sürücü və avtomobildəki üş sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma araşdırılır.

Oxşar xəbərlər

Dubaydan Bakıya qızıl külçələr keçirmək istədi - SAXLANILDI

Dubaydan Bakıya qızıl külçələr keçirmək istədi - SAXLANILDI

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanuns...

37 Hadisə 11:46 08 oktyabr 2025

Son xəbərlər