Bakı-Qazax yolunda ağır qəza: Ölən və yaralanan var
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Ford" markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olan VAZ-2107 markalı avtomobilə arxadan çırpılıb.
Qəza nəticəsində VAZ-2107-nin sürücüsü, İmişli rayon sakini, 2003-cü il təvəllüdlü Samir Rauf oğlu Hüseynli hadisə yerindəcə ölüb. Onun sərnişini, qardaşı, 2009-cu il təvəllüdlü Eynulla Rauf oğlu Hüseynli isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb.
Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...