Bakı polisindən əməliyyat - Narkotacirlər saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda narkotik alverçiləri saxlanılıb.
BAKU.WS xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsində Məşədi Bağırovun həyətinə baxış keçirib. Əməliyyat zamanı onun həyətindən avrotexniki üsulla yetişdirilmiş ümumi çəkisi 670 qram olan 43 ədəd çətənə kolu aşkar edilib.
Həmin gün Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon sakini Şahin Əliquliyevdən 0,120 qram heroin götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda narkotik alverçiləri tutuldu - Aralarında qadın da var - FOTO
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və...