Bakı polisindən əhaliyə Rövşən Rəhimovla bağlı MÜRACİƏT - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara məxsus bank kartlarından oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər CM-nin müxtəlif maddələri məhkum olunan, 1973-cü il təvəllüdlü Rövşən Rəhimov müəyyən olunaraq saxlanılıb.
BAKU.WS xəbər verir ki, şübhəli şəxsin üzərindən 0,620 qram heroin aşkar olunaraq götürülüb.
R.Rəhimovun ətrafında keçirilən araşdırmalara müəyyən olunub ki, o, 2019-cu ilin iyul ayının 30-da Xətai rayon ərazisində yerləşən bankomatlardan birindən B.Kərimovaya məxsus 1000 manat pulu talayıb.
Şübhəli şəxsin digər oğurluq əməllərində iştirakı istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Bakı Şəhər Baş Polis İdarəsinə (590-68-81) müraciət edə bilərlər.
Oxşar xəbərlər
Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT
Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...