Bakı polisi ürək tutmasından yerə yıxılan şəxsi ölümdən son anda xilas etdi - VİDEO

30
iyl
2019
13:30
Bakının Qaradağ rayonunda küçənin ortasında bir kişinin ürəyi tutub.Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, həmin şəxs maşın yolunun ortasında yerə yıxılıb.Olay Lökbatan qəsəbəsində qeydə alınıb.Yoldan keçən yol polisləri dərhal yerə yıxılan şəxsə yaxınlaşıblar.Polis əməkdaşları 99 YP 258 nömrəli yol polisi maşını ilə ürək tutmasından yıxılın şəxsi təcili olaraq xəstəxanaya çatdırıblar.Yol polislərinin səyi nəticəsidnə həmin şəxs ölümdən xilas olub.
Oxşar xəbərlər
Yanacaqdoldurma məntəqəsində zəhərlənən şəxsləri polis ölümdən xilas etdi - FOTO
Ağcabədi rayon Boyat kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində iki nəfər zəhərlənib. BAKU.WS-in bölgə müxbiri xəbər verir ki, hadisə gecə saat 1 ra...
