Bakı metrosunun "Əhmədli"-"İçərişəhər" xəttində qısamüddətli yubanma olub

Bakı metrosunun Əhmədli-İçərişəhər xəttində qısamüddətli yubanma olub
Hadisə 126

Bakı metrosunun "Əhmədli"-"İçərişəhər" xəttində qısamüddətli yubanma olub.

Bunu BAKU.WS-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

"Hərəkətdə olan qatarın maşinist kabinasında qapıların işarəvermə qurğusu işə düşüb. Maşinist baxış keçirib. Hər hansı bir problem aşkarlanmayıb. Lakin növbəti mənzildə problem təkrarlanıb. Maşinist dispetçerə məlumat verməklə sərnişinləri düşürüb. Qatara sərnişinsiz olmaqla baxış keçirilib", - B.Məmmədov deyib.

Onun sözlərinə görə, baxış keçirilmə vaxtında xətdə qısamüddətli yubanma yaranması qaçılmaz olub. Lakin operativ olaraq xəttə ehtiyat qatar verilib və interval bərpa olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu

Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu

Sədərək-Binə yolunda lampa daşıyan yük maşınında yanğın baş verib. BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə zamanı yük maşınında olan lampal...

21 Hadisə 00:02 12 avqust 2026

Son xəbərlər