Bakı metrosunda qadına qarşı əxlaqsızlıq etdi, həbs olundu

Bakı metrosunda qadına qarşı əxlaqsızlıq etdi, həbs olundu
Hadisə 220

Bakı metrosunda tanımadığı qadına qarşı qeyri-əxlaqi hərəkətlər edərək ictimai asayişi pozan şəxs saxlanılıb.

BAKU.WS "qafqazinfo"-ya istinadla xəbər verir ki, hadisə iyunun 8-də metronun “Ulduz” stansiyasında qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Füzuli Məcidov (ad və soyad şərtidir - red.) sərxoş halda saat 12:25 radələrində platformada qatar gözləyən qadına qarşı əxlaqsızlıq edib. O, dərhal metropolitenin polis nəfərləri tərəfindən saxlanılaraq növbətçi hissəyə təhvil verilib.

F.Məcidovun törətdiyi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə adıçəkilən şəxsə 15 sutkalıq inzibati həbs cəzası verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər