Bakı metrosunda enerjinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb

Metronun "Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyalarına şəhər şəbəkəsindən gələn yüksəkgərginlikli xətlərdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən həmin istiqamətdə metropolitenin dizel-generatorları yenidən ehtiyat rejimə keçirilib.
Məlumata görə, qatarlar arasında interval hərəkət qrafikinə uyğun təmin edilməklə gecikmələr aradan qaldırılıb:
"Bakı metropoliteninin stansiyaları normal iş rejimi şəraitində fəaliyyətini davam etdirir".
***15:13
"Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-yə gələn yüksəkgərginlikli elektrik xətləri ilə enerjinin verilişində məhdudiyyətlər yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən dərhal həmin istiqamətdən Bakı metropoliteninin elektrik təchizatını təmin edən dizel-generatorları qoşulmaqla qatarların hərəkəti təmin edilir:
"Qatarların hərəkətində qismən gecikmələr müşahidə olunur. Bakı metropoliteninin stansiyaları fəaliyyətini normal iş rejimində davam etdirir.
Sərnişinlərdən yaranmış vəziyyəti anlayışla qarşılamağı, istifadə qaydalarına və təhlükəsizlik tələblərinə əməl etməyi xahiş edirik".

Oxşar xəbərlər
Sumqayıtda silah-sursat aşkarlanıb
Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb. BAKU.WS xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi, Xəzər bağları əra...