Bakı məktəbində valideyn nəzarətçini döydü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda məktəb nəzarətçisi valideyn tərəfindən döyülüb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən 251 saylı tam orta məktəbində qeydə alınıb.
Belə ki, həmin məktəbdə oxuyan şagirdlərdən birinin valideyni F.K. (qadın) dərs zamanı otağa daxil olmaq istəyib.
Bu zaman məktəbin nəzarətçisi, 1984-cü il təvəllüdlü X.Həsənova onu içəri buraxmayıb.
Nəzarətçi ilə mübahisə edən valideyn ona hücum edərək saçından tutub.
Yaxınlıqda olan digər şəxslər onları ayırıb.
Daha sonra X.Həsənova bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Oxşar xəbərlər
Direktorun əxlaqsız təklif etdiyini deyən valideynlə bağlı araşdırma başladı
Hüquq-mühafizə orqanları sosial şəbəkələrdə yayılan video görüntülərdə Bakının 22 nömrəli tam orta məktəbinin direktoru tərəfindən ona əxlaqsız təklifin edilməs...