“Bakı” klubunun sabiq futbolçusu narkotik ticarətinə görə həbs olunub - FOTO

“Bakı” klubunun sabiq futbolçusu narkotik ticarətinə görə həbs olunub - FOTO
Hadisə 476

“Bakı” klubunun sabiq futbolçusu Serxio Kontreras Pardo həbs olunub.

BAKU.WS “report”a istinadən xəbər verir ki, 36 yaşlı veteran hücumçu narkotik ticarəti ilə məşğul olan şəbəkəyə rəhbərlik etməkdə şübhəli bilinir. “Koke” ləqəbli oyunçu vətəni İspaniyanın Estepona şəhərində polis reydi zamanı saxlanılıb.

“Bakı” klubunun sabiq futbolçusu narkotik ticarətinə görə həbs olunub - FOTO

Hüquq-mühafizə orqanlarından bildirilib ki, ümumilikdə 20-yə yaxın şəxs tutulub. Onlardan 1 tona yaxın, dəyəri təxminən 700 min avro olan həşiş aşkarlanıb. Narkotiklərin satışına Kokenin rəhbərlik etdiyi vurğulanıb. Onun hazırda Malaqadakı polis bölməsində saxlanıldığı bildirilir.

Qeyd edək ki, Bakıda 2012-ci ildə çıxış etmiş Koke 4 il sonra karyerasını başa vurub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

“Tosu” ləqəbli kriminal avtoritet saxlanılıb

“Tosu” ləqəbli kriminal avtoritet saxlanılıb

Şirvan şəhərində “Tosu” ləqəbli narkotacirdən külli miqdarda narkotik vasitə götürülüb.BAKU.WS report-a istinadən xəbər verir ki, Şirvan şəhər Polis şöbəsinin (...

1333 Hadisə 11:18 02 fevral 2019

Son xəbərlər