Bakı Kənar Dairəvi yolunda avtomobil YANDI, sıxlıq yarandı
Yeniliklərdən dərhal xəbərdar olun
Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verib, ərazidə nəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olub.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Land Rover" markalı minik avtomobilinin mühərrik hissəsində baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Avtomobilin digər hissələri yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...