Bakı Dövlət Universitetinin böyük laborantı vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin böyük laborantı vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Bildirilib ki, fakültənin Psixologiya kafedrasının Eksperimental psixologiya elmi-tədqiqat laboratoriyasının (ETL) böyük laborantı Səbinə Salmanova dünyasını dəyişib.
Qeyd edək ki, Səbinə Salmanova 1975-ci il martın 9-da Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində anadan olub. 1997-ci ildə BDU-nun Biologiya fakültəsinin bakalavr, 1999-cu ildə isə magistratura pilləsini bitirib. 2000-ci ildən Eksperimental psixologiya ETL-də böyük laborant işləyib. 2011-ci ildən Psixologiya kafedrasının "Ümumi psixologiya" ixtisası üzrə doktorantı, 2023-cü ildən saathesabı müəllimi olub.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...