Bakı Baş Gömrük İdarəsinin rəisi təqaüdə göndərilib
24
avq
2022
21:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Kəngərli vəzifəsindən azad edilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, P.Kəngərli təqaüdə göndərilib. Onun yerinə hələ ki təyinat yoxdur.
Dövlət Komitəsindən “Report”a faktı təsdiqləyiblər.
Qeyd edək ki, P.Kəngərli daha əvvəl Hava Nəqliyyatında Baş Gömrük İdarəsində maliyyə şöbəsinə rəhbərlik edib.
Oxşar xəbərlər
Səfər Mehdiyevin daha bir kadrı işdən çıxarıldı
Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi vəzifəsindən azad edilib. BAKU.WS "qaynarinfo"ya istinadən xəbər verir ki, komitə sədrinin birinci müavini, sədr vəzif...