Bakı Baş Gömrük İdarəsindən əməliyyat: Ölkəyə qanunsuz gətirilən tibbi vasitələr aşkarlandı
Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi tərəfindən keçirilən kompleks əməliyyat-axtarış və nəzarət tədbirləri nəticəsində gömrük qanunvericiliyinin tələbləri pozulmaqla ölkə ərazisinə gətirilən tibbi vasitələr aşkar edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, Türkiyə Respublikasından idxal edilən mallara Bakı Baş Gömrük İdarəsinin "İpək yolu" gömrük postunda baxış keçirilib.
Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən, ümumilikdə 36 adda stomatoloji və tibbi vasitələr aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işinin məhkəmə baxış iclası keçirilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağ...