Bakı aeroportunda səsgücləndiricilərin içərisindən kokain çıxdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Hava Limanında rentgen aparatından keçirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub.
Yoxlama zamanı çamadanda olan şəxsi əşyaların arasındakı iki ədəd səsgücləndiricinin içərisində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 4 ədəd şəffaf polietilen bükümdə ümumi çəkisi 302 qram olan 1000 ədəd MDMA (metilendioksimetamfetamin) psixotrop maddə və çəkisi 89, 679 qram olan narkotik vasitə - kokain aşkar edilib.
Xatırladaq ki, MDMA (metilendioksimetamfetamin) "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir və onun təsiredici maddəsinin ümumi miqdarı 145 qramdır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakı aeroportunda əməliyyat - uşaq yeməyinin içində görün nələr keçirmək istəyiblər - VİDEO
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) əməkdaşları külli miqdarda narkotik vasitənin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gət...