Bakıdan Daşkəndə gizlicə 14 brilyant dəst və yarım kiloqram qızıl aparan şəxslər saxlanıldı – FOTO

Bakıdan Daşkəndə gizlicə 14 brilyant dəst və yarım kiloqram qızıl aparan şəxslər saxlanıldı – FOTO
Hadisə 1012

Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-Daşkənd” aviareysinin rəsmiləşdirilməsi zamanı Dövlət Sərhəd Xid­mətinin (DSX) Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə həyata keçir­diyi əməliyyat-axtarış tədbiri nəticəsində gömrük və sərhəd nəzarətindən gizlin şəkildə, mütəşəkkil dəstə tərəfindən külli miq­­darda qiymətli daş-qaş və qızıl-zinət əşyalarının dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə DSX-nin mətbuat mərkəzindən "report"a bildirilib.Verilən məlumata görə, dəstə üzvləri 240 qram çəkisi olan 14 ədəd brilyant dəstini və 4 ədəd mirvari boyunbağını “Bakı-Daşkənd” aviareysinin sərnişinləri ara­sında paylayaraq gömrük və sərhəd nəzarətindən gizlin şəkildə ölkə əra­zisindən çıxarmağa cəhd göstəriblər.Nəticədə bu zinət əşyalarını dövlət sərhəddən keçirməyə cəhd göstərən 11 nəfər əcnəbi vətəndaşı saxla­nılıb.Araşdırmaların davamı olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri, Azərbaycan Respublikasının vətən­daşları Bağırov Mahir Malik oğlu, Məmmədov Elçin Deklad oğlu, Abdurəh­manov Səfa Balaqardaş oğlu və Özbəkistan vətəndaşı Orucova Yeganə Müzəffər qızı müəyyənləşdirilərək Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıblar.Onların üzərinə keçirilmiş baxış zamanı üstlərindən əlavə olaraq 493 qram daş-qaşlı qızıl zinət əşyaları, 4735 ABŞ dolları, 700.000 Özbək sumosu aşkar olunaraq götürülüb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.BAKU.WS
Bakıdan Daşkəndə gizlicə 14 brilyant dəst və yarım kiloqram qızıl aparan şəxslər saxlanıldı – FOTO
Bakıdan Daşkəndə gizlicə 14 brilyant dəst və yarım kiloqram qızıl aparan şəxslər saxlanıldı – FOTO
Bakıdan Daşkəndə gizlicə 14 brilyant dəst və yarım kiloqram qızıl aparan şəxslər saxlanıldı – FOTO
Bakıdan Daşkəndə gizlicə 14 brilyant dəst və yarım kiloqram qızıl aparan şəxslər saxlanıldı – FOTO
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər