Bakıdakı lift qəzası ilə bağlı cinayət işi açılıb
14
iyl
2018
15:59
İyulun 13-də Xətai rayonu, X.Məmmədov küçəsi, 18 saylı ünvanda 16 mərtəbəli binanın liftinin 1-ci mərtəbəyə düşməsi nəticəsində sərnişinlərin xəsarət alması faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, cinayət işi üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.İlkin araşdırmalarla müəyyən edilib ki, binanın 3-cü girişində quraşdırılmış sərnişin lifti aşağı istiqamətdə hərəkətdə olarkən 5-ci mərətəbədən başlayaraq surətlə 1-ci mərtəbəyə düşüb.Hadisə nəticəsində ölüm və ciddi xəsarət alma halları baş verməyib.Hazırda iş üzrə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Prokurorluq kafedə baş verən partlayışla bağlı xəbər yaydı
Bakı şəhər Prokurorluğu kafedə baş verən partlayışla bağlı məlumat yayıb.Prokurorluqdan BAKU.WS-ə verilən məlumatda qeyd olunur ki, mayın 21-də, saat 15.00 radə...