Bakıdakı kütləvi intiharın səbəbi məlum oldu - Məşhur şirkətin işçiləridir
06
sen
2018
13:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, Bakıda 6 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edib.Xətai Rayon İcra Hakimiyyətindən Qafqazinfo-ya daxil olan məlumatda bildirilib ki, onlar "Aves” MTK adlı özəl şirkətin işçiləri olub və əməkhaqqını ala bilmədikləri üçün bu addımı atıb:""Aves” MTK-dan işdən azad olunduqlarına və hər biri 1200 AZN məbləğində iki aylıq əmək haqlarını ala bilməmələrinə etiraz əlaməti olaraq Sabunçu rayon sakinləri 1993-cü il təvəllüdlü Əmrahlı Kənan Hafiz oğlu, 1993-cü il təvəllüdlü Yariyev Sabir Aslan oğlu,1995-ci il təvəllüdlü İsmayılov Emin Nağı oğlu,1992-ci il təvəllüdlü Mehdiyev Xəyal Səhadət oğlu,1995-ci il təvəllüdlü Yarızadə İbrahim Aslan oğlu,1991-ci il təvəllüdlü Yarıyev Qaytaran Aslan oğlu fəhlə işlədikləri "Aves” MTK-ya məxsus Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 1146 saylı ünvanda yeni inşa edilmiş 16 mərtəbəli binanın qarşısında quraşdırılmış qaldırıcı kranının üzərinə çıxaraq intihara cəhd edib”.Qeyd edək ki, "Aves” şirkətinin rəhbər işçiləri tərəfindən aparılan profilaktik söhbətlər nəticəsində intiharın qarşısı alınıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda mikroavtobus yük maşını ilə toqquşdu, 6 nəfər yaralandı
İsmayıllı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun xəbərinə görə, Muğanlı-İsmayıllı yolunda "...