Bakıda xəstəxanada həkimləri döydülər
31
mar
2016
16:46
Bakıda yerləşən ixtisaslaşmış xəstəxanalardan birində insident baş verib.
BAKU.WS xəbər verir ki, Lent.az-ın məlumatına görə, R.Bağırov küçəsi-30 ünvanında yerləşən 2 saylı Vərəm Dispanserində həkimlər xuliqanlıq zəminində döyülüb.
37-ci Polis Bölməsinə müraciət edən 1960-cı il təvəllüdlü Babayev Qılman Əli oğlu və 1963-cü il təvəllüdlü Abdulzaqov Sübhan Rza oğlu bildirib ki, xəstəxanada Nəcməddin adlı şəxs xuliqanlıq zəminində onları döyərək xəsarət yetirib.
Həkimlərin müraciəti ilə bağlı müvafiq araşdırmalar aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda müəllimə məktəbdə döyüldü
Bakının Səbail rayonunda orta məktəbdə xoşagəlməz hadisə baş verib. BAKU.WS teleqraf.com-a istinadən xəbər verir ki, insident N.Rəfibəyli küçəsi, 13 ünvanında y...