Bakıda polisi bir-birinə vuran “avtoş” belə tutuldu - VİDEO

Bakıda polisi bir-birinə vuran “avtoş” belə tutuldu - VİDEO
Video
Hadisə 4559
 

Bakı küçələrində bir neçə dəfə qəza şəraiti yaradan və polisin "saxla” əmrinə tabe olmayan sürücü saxlanılıb.

BAKU.WS ANS xəbər verirk i, "Kia” markalı nəqliyyat vasitəsinin sürücüsü təxminən 1 saata yaxın müddətdə Bakının 10 küçəsində xuliqanlıq edib. Abdullayev Nicat Nurpaşa oğlu adlı sürücü hətta küçələrdə riskli manevrlər etməkdən də çəkinməyib.

Paytaxt polisini bir-birinə vuran sürücü yaradılan süni tıxac vasitəsilə saxlanılıb. Yoxlama zamanı onun hərəkətlərinin əsl mahiyyəti ortaya çıxıb. Məlum olub ki, avtoxuliqanlıq edən gənc sərxoş olub. 16-cı polis bölməsinə gətirilən gəncin danışmağa belə halı olmayıb. Demək olar ki, tam anlaqsız vəziyyətdə olan Nicat, nə danışacağını da unudub.

Avtoxuliqanlıq etməsi, sərxoş olması bir yana, heç idarə etdiyi maşın da özünün olmayıb. Onun küçələri bir-birinə qatdığı maşın kirayələnib. Araşdırma zamanı məlum olub ki, 23 yaşlı gənc sərxoş vəziyyətdə maşın idarə etdiyi üçün 3 dəfə sürücülük hüququndan məhrum edilib.

İndi Nicat Abdullayev bu əməlinə görə, məhkəmə qarşına çıxacaq. Onun 20 sutkaya yaxın həbs cəzası alacağı gözlənilir.

Bu ilin son 5 ayı ərzində isə Bakıda Nicat kimi avtoxuliqanlıq edən 40 sürücü cəzalandırılıb. Amma görünən odur ki, cəzalar nə qədər sərtləşdirilsə də, hələ də adrenalin sayılan avtoxuliqanlığın qarşısını tam almaq mümkün olmur. Nicatın isə qarşısı alındı. Özünün və başqalardan həyatını məhv etmədən.

BAKU.WS

Son xəbərlər