Bakıda məktəbli qız qaçırıldı
Xəzər rayonunda 15 yaşlı məktəbli qız qaçırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Sputnik-Azərbaycan-a Xəzər Rayon Polis İdarəsindən bildirilib.
1-ci polis bölməsinə Şüvəlan qəsəbəsinin 1971-ci il təvəllüdlü sakini A.Ş. müraciət edib. O bildirib ki, qızı Gülmirə naməlum şəxs tərəfindən qaçırılıb. Şikayətçi qaçırılmanın səbəbinin evlənmə istəyi olduğunu, amma qızını qaçıran gəncin adını bilmədiyini deyib.
Hazırda cinayət axtarış şöbəsinin əməliyyatçıları qızı və onu qaçıran adamı axtarırlar. Polisdə qeyd ediblər ki, qız yetkinlik yaşına çatmayıb. Qaçırılmanın məqsədinə baxmayaraq, bu addım cinayət hesab edilir və AR CM 144 (insan qaçırma) maddəsi ilə ittiham edilir.
BAKU.WS
Oxşar xəbərlər
Azyaşlı baldızını qaçıran şəxsə cinayət işi açıldı
Bu il sentyabrın 23-də Cəlilabadın Məmmədrzalı kənd sakini, 15 yaşlı Aynurə Nağıyevanı qaçıran rayon sakini Ələmdar Məmmədov barədə cinayət işi başlanıb. BAKU...