Bakıda iranlı qızların başına iş gəldi: YARALILAR VAR

Bakıda iranlı qızların başına iş gəldi: YARALILAR VAR
Hadisə 13582

Bu gecə Bakıda London taksisi qəzaya düşüb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, saat 04 radələrində 1975-ci il təvəllüdlü Əliyev Vüqar Əliabbas oğlunun idarə etdiyi "London TX 4” markalı 10-TH-739 nömrə nişanlı taksi Puşkin küçəsində yol kənarındakı beton lövhəyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər - İran vətəndaşları 1986-cı il təvəllüdlü Kərimi Fatimə Davud qızı və 1989-cu ildə anadan olmuş Şeyxəlizadə Murtuza Mahmud qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Kliniki Tibbi Mərkəzə aparılıb.

Bildirilir ki, taksidə qəzaya düşən iranlı qızlar martın 19-da Bakıya gəliblər və "Bulvar” oteldə qalırlar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS 
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda DYP avtomobili ağır qəza törətdi: yaralılar var

Bakıda DYP avtomobili ağır qəza törətdi: yaralılar var

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Sabunçu rayonu ərazisində, Ramana-Maştağa yolunda Bakı şəhər Döv...

24164 Hadisə 10:26 19 mart 2017

Son xəbərlər