Bakıda gəlinini hamamda qonşu ilə tutan və öldürən kişidən YENİ XƏBƏR
20
iyl
2018
13:45
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seyidmalik Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.BAKU.WS "report"a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.Prokuror çıxışında onun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Məhkəmə iclası davam etdirilir.Xatırladaq ki, dəhşətli qətl hadisəsi ilə ötən il baş verib. Seyidmalik Məmmədov gəlinini qətlə yetirib.1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu polisə özü təslim olub.İlkin araşdırmalardan sonra məlum olub ki, S.Məmmədov gəlinini qısqanclıq zəminində öldürüb.Məlumata görə, S.Məmmədov hadisədən bir neçə gün əvvəl həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan şəxslə tutub.S.Məmmədov onlara Maştağanı tərk etmələrini, yoxsa onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb.Həmin hadisədən sonra qonşuluqda yaşayan şəxs Bakını tərk edib. Gəlini isə əvvəlki kimi həyətdəki evdə yaşamağa davam edib. Seyidmalik Məmmədov bir neçə dəfə gəlininə çıxıb getməsini, onun həyat yoldaşına xəyanət etməsindən sonra burada yaşamasının düzgün olmadığını desə də, qadın buna əhəmiyyət verməyib. Əsəblərinə hakim ola bilməyən kişi dünən tüfənglə gəlinini güllələyərək öldürüb.Məhkəmədə elan olunmuş ittiham üzrə S.Məmmədov özünü təqsirli bildiyini deyib. Sərbəst ifadə verən təqsirləndirilən şəxs istintaqda dediklərini təsdiqləyib: "Yazılanlar düzdür: "Mən qızı başqası ilə tutdum, sonra öldürdüm. Bu cinayəti namus üstündə törətmişəm".BAKU.WS
Oxşar xəbərlər
Bakıda qayınatadan gəlininə qarşı DƏHŞƏTLİ HƏRƏKƏT: hamamda intim əlaqədə olarkən...
Bakıda qətl törətməkdə təqsirli bilinən 1958-ci il təvəllüdlü Seyidmalik Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.BAKU.WS “publika.az”a istinadən xə...