Bakıda gecə partlayış baş verdi, yanğın çıxdı (VİDEO)

Bakıda gecə partlayış baş verdi, yanğın çıxdı (VİDEO)
Video
Hadisə 1089

Bakıda yüksək gərginlikli elektrik naqilində partlayışla nəticələnmiş yanğın baş verib.

BAKU.WS-in report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsində qeydə alınıb.

Belə ki, magistral yolun ortasındakı yüksək gərginlikli elektrik naqil xətlərində əvvəlcə partlayış olub. Bundan sonra isə naqillərdə yanğın əmələ gəlib. Nəticədə elektrik xətləri yanaraq sıradan çıxıb.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda GÜCLÜ YANĞIN - 30 sakin təxliyə olundu

Bakıda GÜCLÜ YANĞIN - 30 sakin təxliyə olundu

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın olub. BAKU.WS FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış bin...

4407 Hadisə 09:06 31 yanvar 2017

Son xəbərlər