Bakıda ev yiyəsi getmək istəməyən qonağı döyə-döyə öldürdü

Bakıda ev yiyəsi getmək istəməyən qonağı döyə-döyə öldürdü
Hadisə 2322
 

Bakı şəhərinin Nəsimi rayonu ərazisində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, İmran Qasımov küçəsi ev 7, mənzil 5 ünvanında 1972-ci il təvəllüdlü Həsənov Malik Urman oğlu münaqişə zəmnində 1951-ci il təvəllüdlü Səlimov Zakir Hüseyn oğlunu döyüb öldürərkən hər iki şəxs sərxoş vəziyyətdə olub.

Bildirilir ki, hadisənin baş verdiyi mənzil Malik Həsənova məxsusdur. Dünən tanışı Zakir Səlimov onun evinə qonaq gəlib. Qeyri-stabil həyat tərzi sürən və içkiyə meylli olan dostlar burada yeyib-içiblər. Daha sonra M.Həsənov 66 yaşlı Zakirdən evi tərk etməsini tələb edib. Tək qalmaq istədiyini və istirahət edəcəyini deyən M.Həsənov qonağın getmək istəmədiyini görüncə onunla mübahisə edib. Mübahisə daha sonra münaqişəyə çevrilib və 45 yaşlı Malik taxta parçası ilə qonağın başına 3-4 ağır zərbə endirib. Z.Səlimov hadisə yerindəcə keçinib.

Cinayəti törədən M.Həsənov daha sonra könüllü olaraq polis bölməsinə gedərək törətdiyi əməli etiraf edib.

Araşdırmalar davam etdirilir.

BAKU.WS

Son xəbərlər