Bakıda dilənçi qadın faciəvi şəkildə öldü
16
yan
2018
08:27
Bakının Nərimanov rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report" xəbər verir ki, hadisə Abdulvahab Salamzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.1975-ci il təvəllüdlü Abdullayeva Ruhiyyə dilənçiliklə məşğul olan zaman onu yüksək sürətlə hərəkət edən "188" evakuasiya xidmətinə məxsus "İsuzu" markalı avtomobil vurub. Qadın hadisə yerində ölüb.Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü saxlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda marşrut avtobusu ağır qəza törətdi: ölən var
Paytaxtda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib.BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (metronun...