Bakıda baş həkimin oğlu "Lexus"la ağır qəza törətdi: ölən var
18
sen
2017
14:04
Bakıda baş həkimin oğlu piyadanı vuraraq öldürüb.BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə hadisə Nərimanov rayonunda qeydə alınıb.Belə ki, Teymur Əliyev küçəsində 10-ST-908 dövlət qeydiyyat nişanlı "Lexus" markalı avtomobili idarə edən Mehdizadə Toğrul Nizami oğlu yolu keçən 1986-ci il təvəllüdlü Ağayev Ramin Ramiz oğlunu vurub. Nəticədə piyada ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb və sürücü saxlanılıb.Qeyd edək ki, hadisəni törədən T.Mehdizadə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadənin oğludur. N.Mehdizadə baş həkim vəzifəsinə bu ilin iyun ayında təyin edilib.BAKU.WS
Oxşar xəbərlər
Bakıda piyadanı vurub öldürən marşrut sürücüsü işdən çıxarıldı
Sentyabrın 4-də Bakının Nizami rayonu ərazisində qəza törədən 35 şaylı marşrut avtobusunun sürücüsü işdən çıxarılıb.BAKU.WS Trend-ə istinadən bildirir ki, yol q...