Bakıda dəhşətli qəza: piyadanın boynu üzüldü
                            
                                09
                                dek
                            
                                2016
                                11:07
                            
                            
Bakıda vurulan piyadanın boynu üzülüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsi, Şəhər şosesində qeydə alınıb.
Belə ki, İsa Ağazadə idarə etdiyi minik avtomobiliylə hərəkət edən zaman piyada 48 yaşlı İsmayıl Səmədovu vurub. Zərbə o qədər güclü olub ki, İ.Səmədovun başı avtomobilin qabaq (alın) şüşəsini sındıraraq salona girib.
Nəticədə onun boyun nahiyəsi kəsilib. Sürücü İ.Ağazadə piyadanı xəstəxanaya çatdırıb. Lakin onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda marşrut avtobusu 1-ci sinif şagirdini vuraraq öldürüb
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə bu gün günorta saatlarında Maştağa qəsəbəsində qeydə a...