Bakıda danışığında qüsur olan şəxs tapılıb

Bakıda danışığında qüsur olan şəxs tapılıb
Hadisə 3242
Bakıda danışıq qüsurlu şəxs tapılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mayın 7-də Səbail rayonu ərazisindəki M.F.Axundov adına parkda bir nəfərin köməksiz vəziyyətdə olması barədə vətəndaşlar polisə məlumat veriblər. Həmin şəxs polis əməkdaşları tərəfindən 9-cu Polis Bölməsinə gətirilib. Danışığı qüsurlu olduğu və heç nəyi xatırlamadığı üçün o, özü və yaxınları haqqında məlumat verə bilməyib. Polis Bölməsində ona ilkin tibbi yardım göstərlib və F.Əfəndiyev adına 2 saylı Kliniki Xəstəxanaya yerləşdirilib.Şəkildəki şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, 437-02-02 (Səbail RPİ) və 492-02-02 (9-cu PB) nömrələrinə zəng vurmaları xahiş olunur.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Polis bu qadını axtarır (FOTO)

Polis bu qadını axtarır (FOTO)

Daxili İşlər Nazirliyi Səbail rayonunda itkin düşən qadınla bağlı məlumat yayıb.DİN-dən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhər sakini, 1973-cü il təvəllüdl...

3719 Sosial 15:19 16 aprel 2018

Son xəbərlər