Bakıda bu sürcünü saxlayan polislər peşiman olur - VİDEO

26
apr
2018
21:19
Dövlət Yol Polisi əməkdaşının qayda pozuntusu ilə bağlı daha bir fakt lentə alınıb. Bununla bağlı BAKU.WS-ə Kənan Davudzadə adlı sürücü video material göndərib. Hadisə Bakının Şimal girişindəki "Ekologiya Postu" kimi tanın YPX postunun yaxınlığında baş verib. Videodan məlum olur ki, DYP əməkdaşı hərəkətdə olan avtomobilin sürücüsünə "saxla" əmri verir. Daha sonra avtomobilə yaxınlaşan polis əməkdaşı təlimatı pozaraq nə özünü təqdim edir, nə də sürücüyə saxlama səbəbini izah edir. "Tanıdım səni, sür get", - deyə xidməti avtomobilinə qayıdır. Qeyd edək ki, bu, Kənan Davudzadə tərəfindən yol polisi əməkdaşlarının qayda pozuntusu ilə bağlı lentə aldığı 4-cü videodur. Həmin görüntüləri təqdim edirik: BAKU.WS
Oxşar xəbərlər
Yol polisi ilə sürücü arasında əlbəyaxa dava: "Mənim paqonumu cıranın arvadını..." (VİDEO 16+)
Daha bir sürücü ilə yol polisi əməkdaşı arasında baş verən insidentin görüntüləri ortaya çıxıb.BAKU.WS xəbər verir ki, azxeber.com-a göndərilən video İmişli ray...
