Bakıda ayıq sürücü vətəndaşa 4 min manat ziyan vurub - Şirkət ziyanı ödəmir - VİDEO

17
apr
2019
21:52
Bakıda ayıq sürücü avtomobil sahibini 4 min manat ziyana salıb.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə paytaxt sakini Vüsal Quliyevin başına gəlib.O deyir ki, aprel ayının 4-də içkili olduğundan avtomobili idarə etmək üçün ayıq sürücü çağırıb. Gələn sürücü isə onun avtomobili ilə qəza törədib.Vüsal Quliyev bildirir ki, hadisə baş verən zaman şirkət ona dəyən ziyanı ödəyəcəyini bildirib. Lakin sonradan bundan boyun qaçırıb.Məsələylə bağlı ayıq sürücü xidməti göstərən "Taksim" şirkətinin mövqeyini öyrənməyə çalışdıq. Şirkətin 055 505 55 15 telefon nömrəsinə cavab verən əməkdaş rəhbərliyin bizimlə əlaqə saxlayacağını bildirib.Lakin xeyli müddət keçsə də, qarşı tərəf geri zəng etməyib.
Oxşar xəbərlər
Bakıda "ayıq sürücü" itkin düşdü
Bakıda "ayıq sürücü" işləyən 26 yaşlı gənc itkin düşüb."Report"un Qərb bürosu xəbər verir ki, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Fərəc Fədai oğlu Sərvanu...
