Bakıda avtobus sürücüsündən yol polislərinin yanında təhlükəli ŞOU (VİDEO)

Bakıda avtobus sürücüsündən yol polislərinin yanında təhlükəli ŞOU (VİDEO)
Video
Hadisə 1911

  Bakıda avtobus sürücüsünün özbaşınalığını əks etdirən yeni videomaterial yayılıb.

 

BAKU.WS-in məlumatına görə, videonu jurnalist Əzizə İsmayılova özünün facebook səhifəsində paylaşıb. Jurnalistin bildirdiyinə görə, bu gün, təxminən saat 18:30-da yeni markalı, köhnə başlı sürücünün idarə etdiyi avtobus, mikrorayon istiqamətindən Azadlıq prospektinə keçərkən 2 halda kobud qəza şəraiti yaradıb: "Mikrorayon tərəfdən gələrkən yolun tam əks istiqamətinə çıxaraq «zapravka» yoluna keçib. Hansı ki, o yol Azadlıq-dan mikrorayona gedənlərindir. Sonra da videoda gördüyünüz mənzərə... Hələ bunlar azmış kimi, yol vermədiyimiz üçün bizə narazılıq edirdi. Maraqlı olan isə budur ki, 4 metr yuxarıdakı svetoforun yanında xidmət aparan 4 YPX əməkdaşının heç biri bunu «görmədi» və «xəbərləri olmadı. Həmin görüntünü təqdim edirik:

Avtosfer BAKU.WS

Son xəbərlər