Bakıda “Audi”nin şüşəsini sındırıb pul oğurladılar - FOTO

Bakıda avtomobildən oğurluq edilib.BAKU.WS xəbər verir ki, tanınmış menecer, “Ultra” şirkətinin marketinq şöbəsinin rəhbəri Malik Rəşidova məxsus 10 MR 899 dövlət nişanlı “Audi” markalı avtomobilin qabaq yan şüşəsi naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb.
M.Rəşidov deyir ki, avtomobilin ön hissəsini qarışdıran şəxslər oradan pul götürərək uzaqlaşıblar:
"25 manat götürüblər, digər pulların yerini tapa bilməyiblər".M.Rəşidov bildirib ki, hadisə yaşadığı binanın həyətində baş verib. Hadisə ilə bağlı polisə məlumat verilib. İzahat yazılıb, əl izləri götürülüb.
Zərərçəkmiş artıq ikinci dəfədir belə bir hadisə ilə qarşılaşır. İki il əvvəl də onun avtomobilindən eyni üsulla oğurluq edilib.
BAKU.WS


Oxşar xəbərlər
Bakıda tanınmış vəkilin avtomobilinə hücum edilib - FOTO
Bakıda tanınmış vəkil Asif Abdullayevin avtomobilinin şüşəsi sındırılıb. BAKU.WS xəbər verir ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvü bu barədə özü məlumat v...