Bakıda şagirdi döyən direktor müavini işdən çıxarıldı - VİDEO
28
okt
2018
10:29
Bakıda məktəb direktorunun müavini olduğu iddia edilən müəllimin məktəbliləri döyməsi ilə bağlı hadisənin təfərrüatları məlum olub.Məlumata görə, hadisə Dərnəgüldə yerləşən məktəblərdən birinin qarşısında baş verib. Kadrlardan görünür ki, kişi uşaqlara hücum edir və onlardan birini vurur. Vurulan uşaq üzünün qanını silə-silə kənara çəkilir. BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, həmin şəxsin Cəbrayıl rayonunun Qovşudlu kənd tam orta məktəbinin məktəbdənkənar işlər üzrə direktor müavini Vidadi Əsədov olduğu məlum olub. O, 26 oktyabr 2018-ci ildə müəllimin etik davranış qaydalarını pozduğuna görə vəzifəsindən azad edilib. Bu barədə Cəbrayıl Rayon Təhsil Şöbəsindən məlumat verilib. V. Əsədov şiddətli töhmət verilməklə sıravi müəllim işinə keçirilib. Təhsil şöbəsindən onu da bildiriblər ki, belə hərəkətlərin təkrarlanacağı təqdirdə o, pedaqoji işlərdən kənarlaşdırılacaq. BAKU.WS
Oxşar xəbərlər
Bakıda müəllim küçənin ortasında şagirdi döydü - ANBAAN VİDEO
Bakının Dərnəgül qəsəbəsində məktəblilərin döyülməsi faktı qeydə alınıb. BAKU.WS-ə müraciət edən paytaxt sakini məktəbli uşağın müəllim tərəfindən döyüldüyünü i...