Bakı-Sumqayıt yolundakı qəzada ölən gənc 25 gün əvvəl ata olmuşdu (FOTO)
Bu gün Bakı-Sumqayıt yolundakı dəhşətli qəzada ölənlərdən birinin tələbə olduğu məlum olub.
BAKU.WS-in "Qafqazinfo”ya istinadla verdiyi məlumata görə, bu barədə onun yaxınları məlumat veriblər. Qəzada həlak olan Masallı rayon sakini Amil Abdullayev "Embawood” şirkətinin işçisi olub. Evin tək oğlu olan Amil bir müddət öncə atasını da itiribmiş. A.Abdullayev həm də tələbə olub, xaricdə təhsil alırmış.
Qəzada ölən digər sərnişin Cəfərov Elnurun yaxınları isə bildiriblər ki, o, 25 gün əvvəl qız atası olub.
Qeyd edək ki, Elnur da həmyerlisi Amil kimi atasını itirib. O, doğulduğu Masallı rayonunda dəfn olunacaq.
BAKU.WS
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolundakı qəzada xəsarət alanların sayı 11 nəfər olub
Bakı-Sumqayıt yolundakı qəzada yaralıların sayı 11 nəfər olub. BAKU.WS-in məlumatına görə, yaralılardan 10-u Sumqayıt şəhər Təcili və Tibbi Yardım Xəstəxanasın...