Bahalı avtomobil nömrəsi almaq adı ilə iş adamının 106 min manatını mənimsədi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda avtomobillər üçün dövlət nömrə nişanı almaq adı ilə külli miqdarda dələduzluq edən Novruz Əskərovun cinayət işinin məhkəmə araşdırması başlayıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşması elan olunduqdan sonra prokuror Rauf Malışov təqsirləndirilənin 9 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Təqsirləndirilənin yaxınları zərərçəkənə dəymiş zərəri ödəmək üçün məhkəmədən vaxt istəyiblər.
Növbəti proses iyulun-3-nə təyin olunub.
Qeyd edək ki, Novruz Əskərov Bakı sakini, iş adamı Fərid İmanovun etibarından sui-istifadə edərək, avtomobil dövlət nömrə nişanlarını alıb baha satmaq adı ilə onu aldadıb. Bu məqsədlə o, iş adamından dəyəri 23 000 AZN olan avtomobil nömrə nişanı ilə birlikdə ümumilikdə 106 600 AZN alıb.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq barəsində ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....