Bağı narkotik plantasiyasına çevirib, videokameralarla izlədi - Göyçayda ƏMƏLİYYAT

Bağı narkotik plantasiyasına çevirib, videokameralarla izlədi - Göyçayda ƏMƏLİYYAT
Hadisə 129

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş 34 yaşlı Vaqif Məmmədov saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, V.Məmmədovun bağ sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən çəkisi 30 kiloqram olan 182 ədəd çətənə kolu aşkar edilib. V.Məmmədov narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini bildirib. Saxlanılan şəxs ərazini kənardan müşahidə etmək üçün orada Günəş panelli videokameralar da quraşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər