Bağçada uşağı döyən müəllim işdən azad olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının "Orbita" uşaq bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilməsi barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, görüntülərdən sonra bağça rəhbərliyi məsələyə dərhal müdaxilə edərək araşdırma aparıb.
Araşdırma nəticəsində uşaqlara zorakılıq tətbiq edən müəllim Diana Maksimovna Bahəddinova işdən azad olunub. Bundan əlavə, bağçanın digər məsul şəxsləri barədə də intizam tədbirləri görülüb.
Bağça rəhbərliyi hadisə ilə əlaqədar dərin təəssüf hissi keçirdiyini bildirib və belə halların təkrarlanmasının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə müvafiq göstərişlər verib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...