Bağçada azyaşlıya qarşı zorakıllıqla bağlı DİN-dən AÇIQLAMA/ANBAAN GÖRÜNTÜ

Bağçada azyaşlıya qarşı zorakıllıqla bağlı DİN-dən AÇIQLAMA/ANBAAN GÖRÜNTÜ
Video
Hadisə 460

Məsələ ilə bağlı DİN-lə əlaqə saxladıq. DİN-dən bildirdilər ki, məsələ araşdırılır. Ətraflı məlumat veriləcək.

***12.52

Paytaxtda fəaliyyət göstərən bağçalardan birində azyaşlıya qarşı zorakılıq edilib.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər daxil olub.

Qeyd edilib ki, Bakı şəhəri Yasamal rayonundakı 290 saylı bağçasında müəllim azyaşlını saçını yolaraq onu döyüb. Həmin an yaşananlar bağçanın təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib.

Uşağın valideyini Nərgiz İsmayılova övladının (N.İ. şərti ad) müəllim tərəfindən döyüldüyünü bildirib.

Nərgiz xanım onu da bildirib ki, bağçada çalışan texniki işçi də azyaşlıya qarşı nalayiq ifadələr işlədib.

Yaşanmış hadisə ilə bağlı qarşı tərəfin də fikirlərini öyrəndik.

290 saylı bağçanın müdiri Dilşad İsmayılova saytımıza açıqlamasında uşağa fiziki və mənəvi şiddət göstərən hər iki işçinin əmək müqaviləsinə xitam verilərək işdən çıxarıldığını bildirib:

"Bu məsələdən məlumatım var. Lazımi qurumlara da məlumat verilib. Hər iki işçi barəsində tədbir görülüb. Bu hadisə iyunda baş verib. Texniki işçi uşağa nalayiq sözlər söyləyib. Sonra valideyn mənə yaxınlaşıəb dedi ki müəllim uşağın saçını yolub və döyüb. Bundan sonra hər iki işçi işdən çıxarılıb".

BAKU.WS sözügedən görüntüləri təqdim edir:

Zöhrə Pənah

Oxşar xəbərlər

Bakı-Qazax magistralında qəza: ölən var

Bakı-Qazax magistralında qəza: ölən var

Bakı-Qazax avtomobil yolunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində qəza olub, bir nəfər ölüb. Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ...

3 Hadisə 14:35 20 sentyabr 2024

Son xəbərlər