Bacanağını öldürüb meşədə basdırdı - Xoşqədəm daha bir qətlin üstünü açdı - VİDEO

Xoşqədəm Hidayətqızı daha bir cinayətin üstünü açdı.
BAKU.WS xəbər verir ki, 13 il əvvəl Rusiyada itkin düşən Natiq Məmmədovun bacanağı Ədalət tərəfindən qətlə yetirildiyi üzə çıxıb. Cinayət pul üstündə törədilib.
"Rusiyanın Tumen vilayətinin Cinayət-İstintaq idarəsi tərəfindən Məmmədov Natiq Mirələm oğlunun axtarışı yekunlaşdırılıb. Onun cəsədi Tumen şəhəri ətrafındakı meşə ərazisindən tapılıb. Hazırda Süleymanov Ədalət hadisəni törətdiyini, Natiqi meşəyə apararaq orada qətlə yetirdiyini etiraf edib. Hazırda Süleymanov Ədalət barəsində cinayət işi açılıb və o, həbs olunub".


"Səni axtarıram" Natiqin Tumendə axtarışlarını apararkən Ədalət Süleymanovu danışdırmışdı. Ədalət Natiqlə heç bir problemi olmadığını, əksinə hər zaman ona kömək olduğunu bildirərək şübhələri üzərindən yayındırmağa çalışmışdı. Hətta onu qətl hadisəsində şübhəli bilib adını efirdə qatil kimi hallandırdığı üçün Xoşqədəm Hidayətqızını dəfələrlə ölümlə hədələmişdi.
Bu cinayət hadisəsində daha bir təəssüfedici məqam Natiqin həyat yoldaşı Elmiranın qatili - bacısının ərini qorumasıdır. Elmira Ədaləti qorumaq üçün yalan ifadələr verirdi və məsələni efirdə müzakirəyə çıxardığına görə Xoşqədəm Hidayətqızını məhkəməyə verəcəyilə hədələyirdi.
Aparıcı bu illər ərzində təzyiqlərə məruz qalsa da, axtarışları dayandırmadı və nəticədə həqiqət üzə çıxdı.
Oxşar xəbərlər
Oğlunu öldürdüb gəlini ilə eşq yaşayan ata - Azərbaycanda ən səs-küylü QƏTLLƏR
Azərbaycanda elə cinayət hadisələri baş verib ki, onlar böyük səs-küyə səbəb olub, cinayətin detalları isə insanın qanını donduran tipdən olub. BAKU.WS “Ölkə.Az...
