Babək rayonunda evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub
04
okt
2024
17:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanın Babək rayonunda evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
BAKU.WS report-a istinadən xəbər verir ki, Babək rayonunda evlərin birindən 9000 manat oğurlanması barədə polisə məlumat daxil olub.
Babək Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən B.Rüstəmov saxlanılıb.
Həyata keçirilən digər əməliyyat zamanı təmir etdiyi evdən oğurluq edən E.Əliyev də saxlanılaraq istintaqa təqdim edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...