Babək rayonunda çağırışa gedən təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, xəsarət alanlar var

Naxçıvanda çağırışa gedən təcili tibbi yardım avtomobili qəza törədib, 2 nəfər xəsarət alıb.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə Babək rayonu ərazisində baş verib.
Çağırışa gedən markalı təcili tibbi yardım avtomobili "Mercedes" avtomobili ilə toqquşub.
Hadisə nəticəsində təcili tibbi yardım avtomobilində olan Bəbək rayonu, Zeynəddin kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Fatma Talıb qızı və Badaşqan kənd sakini, 1988-ci il təvəllüdlü Novruzov Namiq Paşa oğlu xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda dərs vaxtı şagirdi QAÇIRDILAR
Goranboyda məktəbli qaçırılıb. BAKU.WS "Unikal"a istinadən məlumat verir ki, Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Z. B. qaçırılıb. İlkin...
