Babasının evindən pul, pensiya kartları və qızıl oğurlayan şəxs ələ keçdi

Astarada oğurluq əməlini törədən şəxs saxlanılıb.
APA-nın verdiyi xəbərə görə, Astara rayonunun Şahağacı kəndində yerləşən evlərin birindən oğurluq edilib.
Ev sahibi 3100 manat, 600 dollar, qızıl-zinət əşyası və 3 ədəd pensiya kartının naməlum şəxs tərəfindən oğurlanması barədə polisə məlumat verib.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin nəvəsi Vüsal Dadaşov saxlanılıb. Oğurladığının bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Məhkəmə Bakıda qətl törədən 22 yaşlı gənci məcburi müalicəyə göndərib
Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirləndirilən Məmmədəli Əmirxanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. BAKU.WS apa-ya istinadən x...