Babadağda həlak olduğu bildirilən şəxsin axtarışlarına polis, dronlar və itlər cəlb edilib - VİDEO

Babadağda həlak olduğu bildirilən şəxsin axtarışlarına polis, dronlar və itlər cəlb edilib - VİDEO
Video
Hadisə 76

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun axtarışları davam etdirilir.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparırlar.

Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunur.

Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcəkdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər