Baş prokurorun keçmiş müavini dələduzluqda İTTİHAM edilir

Baş prokurorun keçmiş müavini dələduzluqda İTTİHAM edilir
Hadisə 1414
Mərhum prezident Əbülfəz Elçibəyin sərəncamı ilə baş prokurorun müavini təyin edilmiş Məmmədvəli Cəfərov hakim qarşısına çıxarıldı.BAKU.WS trend-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Cəfərovun vəkili məhkəmədən vaxt istəyib. Vəkil cinayət işi ilə tanış olmadığını bildirib.Məhkəmə prosesi fevralın 1-dək təxirə salıb.İttihamda göstərilir ki, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov dələduzluq edib.O, Rəşad Yusifovun etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib.Cəfərov Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağı vəd edib. Bu vədlə ondan 150 min manat pul alıb.Qeyd edək ki, M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.Bildirək ki, M.Cəfərov hazırda Bakı şəhəri 13 saylı Vəkil Bürosunda vəkil kimi çalışır.BAKU.WS

Son xəbərlər